00:00:00
Yazar
Admin User
28.08.2025 07:18 82 1 dəq oxuma
Dünya

Kaya Kallas Rusiyanın Kiyevə hücumunu pisləyib

Kaya Kallas Rusiyanın Kiyevə hücumunu pisləyib

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Rusiya ordunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumlarını pisləyib.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

 

"Beynəlxalq ictimaiyyət sülhə gedən yol axtarışındaykən, Rusiya raket atmaqla cavab verir. Kiyevə gecə endirilən zərbə eskalasiya və sülh səylərinə istehzalı yanaşmanın xeyrinə şüurlu seçimi nümayiş etdirir. Rusiya qətllərə son qoymalı və danışıqlara başlamalıdır", - o yazıb.

 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin gecə ərzində Kiyevə kütləvi hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər