Keyfiyyətli dələduzluq şəbəkələrinə qarşı əməliyyat
Daxili İşlər Naziri Ali Yerlikaya son bir ayda 29 vilayətdə aparılan əməliyyatlar nəticəsində keyfiyyətli dələduzluq şəbəkələrinə qarşı əməliyyatlarda tutulan 64 şübhəlinin həbs olunmasını açıqlayır.
Nazir Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada qeyd edir ki, 29 vilayətdə aparılan əməliyyatlar nəticəsində 388 vətəndaşı aldadan 89 şübhəli saxlanır, onlardan 64-ü həbs olunur, 9 nəfərə isə məhkəmə nəzarəti tətbiq olunur, digər şübhələr üzrə proseslər davam edir.
Şübhəlilər Adana, Adıyaman, Ankara, Antalya, Aydın, Balıkesir, Bingöl, Bursa, Diyarbakır, Gaziantep, Hakkari, Hatay, İstanbul, İzmir, Kars, Kırklareli, Kırşehir, Kocaeli, Kütahya, Manisa, Mersin, Muğla, Samsun, Sivas, Şanlıurfa, Tekirdağ, Trabzon, Yozgat və Zonguldak vilayətlərində keçirilən əməliyyatlar nəticəsində yaxalanır.
Yerlikaya bildirir ki, şübhəlilər vətəndaşları tarixi əsər tapmaq vədi ilə aldadır, özlərini dövlət qulluqçusu, ayaqqabı boyacısı, bank işçisi, barışdırıcı kimi təqdim edir, saxta internet saytları vasitəsilə avtomobil ehtiyat hissələri satışı edərək insanları aldadır.
“Cinayət şəbəkələrinə qarşı mübarizəmiz qətiyyətlə davam edir.”
Nazir Yerlikaya prokurorluq tərəfindən şübhəlilər haqqında istintaq başladıldığını və şübhəlilərin bank hesablarında 28 milyon lirəlik əməliyyat olduğunu təsbit etdiklərini bildirib və əlavə edib:
“Əməliyyatları həyata keçirən Baş Prokurorluğumuzu, Baş Təhlükəsizlik Müdirliyinin İctimai Təhlükəsizlik İdarəsini, İl Polis rəislərimizi və polis əməkdaşlarını təbrik edirəm.
Vətəndaşlarımızın qanuni qazancına tamah salanlara heç vaxt imkan verməyəcəyik. Cinayət şəbəkələrinə, qanunsuz təşkilatlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk.
TRT HABER
Şehrin Musayeva