Kilauea vulkanı yenidən püskürüb
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, dünyanın ən fəal vulkanlarından biri hesab edilən Kilauea vulkanı son püskürməsini həyata keçirib. Qurum bildirir ki, Kilauea 2024-cü ilin 23 dekabrından etibarən vaxtaşırı püskürmələrini davam etdirir.
Rəsmi məlumata əsasən, Kilauea 1952-ci ildən bəri onlarla dəfə püskürüb. 1983–2018-ci illər arasında isə vulkanın Şərqi Rift Zonası boyunca demək olar ki, fasiləsiz püskürmə fəaliyyəti qeydə alınıb.
ANEWZ
Güllər Gülhüseynova