00:00:00
Yazar
Admin User
21.09.2025 04:55 77 1 dəq oxuma
Dünya

KİV: ABŞ-nin Əfqanıstana qayıdışı Çinin sərt reaksiyasına səbəb ola bilər

KİV: ABŞ-nin Əfqanıstana qayıdışı Çinin sərt reaksiyasına səbəb ola bilər

ABŞ hərbçilərinin Əfqanıstandakı Baqram aviabazasına qayıtması Çinin sərt reaksiyasına səbəb ola bilər. 


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti ekspertlərə istinadən məlumat yayıb.


Mütəxəssislərin sözlərinə görə, belə bir addım Pekinin Əfqanıstandakı təsirini zəiflətmək cəhdi kimi qiymətləndiriləcək. Bundan başqa, bazanın Çin Xalq Respublikasının nüvə obyektlərinə yaxınlığı regionda gərginliyi artırmaq potensialına malikdir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı hərbi bazanın tərk edilməsini səhv adlandırmışdı. Onun sözlərinə görə, Vaşinqton obyekt üzərində nəzarəti bərpa etməyə çalışır. Amerika lideri Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edərək, Baqram bazasının ABŞ-yə verilməsindən imtina ediləcəyi halda “pis nəticələr” olacağı ilə hədələyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər