KİV: İran atəşkəsin mümkün pozulma təhdidinə qarşı cavab tədbirləri hazırlayır
İran İsrailin atəşkəsi pozaraq İrana hücum etmə ehtimalına qarşı cavab tədbirləri üzrə planı yekunlaşdırır.
“İnformator.az” xəbər verir ki, bu barədə anonim iranlı rəsmi “Fars” agentliyinə danışıb.
Bildirilib ki, müvəqqəti atəşkəsin İsrail tərəfindən davamlı şəkildə pozulması və Livana hücumlar fonunda İran İsrailin hərbi mövqelərinə qarşı çəkindirici əməliyyatın həyata keçirilməsi üçün yekun qərar üzərində işləyir.