KİV: İsrail İranla müharibə zamanı BƏƏ-yə “Dəmir qübbə” və hərbçilər göndərib
İsrail İranla müharibənin ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi və onu idarə edən hərbçilər göndərib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Axios” İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu, sistemin ilk dəfə İsrail və ABŞ-dən kənarda başqa bir ölkəyə göndərilməsi olub.
Məlumata görə, ABŞ–İsrail–İran qarşıdurması zamanı Tehran BƏƏ-yə qarşı intensiv hücumlar həyata keçirib. BƏƏ Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkəyə təxminən 550 ballistik və qanadlı raket, eləcə də 2200-dən çox pilotsuz uçuş aparatı atılıb və bu da onu regionda ən çox hədəf alınan ölkəyə çevirib. Əksər hücum vasitələri zərərsizləşdirilsə də, bəziləri hərbi və mülki obyektlərə düşüb. Bildirilir ki, bu vəziyyət Əbu-Dabinin müttəfiqlərdən yardım istəməsinə səbəb olub.