00:00:00
Yazar
Admin User
03.09.2025 10:39 97 1 dəq oxuma
Dünya

KİV: Putin Trampın xanımını təhqir edib

KİV: Putin Trampın xanımını təhqir edib

Avqustun 15-də ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə təsirli məktub yazaraq onu başladığı müharibədən əziyyət çəkən uşaqlar naminə sülhə çağırıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr bildirib ki, Putin avqustun 28-də Putin bu məktuba 20-dən çox insanın ölümünə, yaşayış binalarına və uşaq bağçasına ziyan vuran Kiyevə kütləvi zərbə ilə cavab verib:

 

“Bu zərbə təkcə birinci xanıma yox, həm də Alyaskada keçirilən görüşdə həyat yoldaşının məktubunu şəxsən Putinə çatdıran ABŞ Prezidenti Donald Trampın özünə də təhqir olub.


Putinin ötən həftəki kampaniyası əvvəlki kimi deyildi, bu, yəqin ki, Tramp və Avropa liderlərinə onların qətiyyətinə şübhə ilə bağlı siqnal göndərmək üçün nəzərdə tutulub. Ukrayna hədəflərindən əlavə, Rusiya Avropa İttifaqının Kiyevdəki diplomatik nümayəndəliyini, həmçinin Britaniya hökumətinin mədəniyyət və təhsil mübadilə təşkilatı olan “British Council”ın ofisini də vurub”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər