00:00:00
Yazar
Admin User
31.08.2025 08:32 109 1 dəq oxuma
Dünya

KİV: Rusiya Odessa və Pavloqradda hərbi obyektlərə hücum edib

KİV: Rusiya Odessa və Pavloqradda hərbi obyektlərə hücum edib

Rusiya Silahlı Qüvvələri bu gecə "X-101" tipli raketlərlə Ukraynada hədəflərə hücum edib.

 

"İnformator.az" ın "Mash" "Telegram" kanalına istinadən məlumatına görə, əsas zərbə "Geran" və "Gerber" tipli kamikadze dronları ilə Odessa vilayətinə endirilib, limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.

 

İliçevskdə bir neçə ərazi elektrik enerjisiz qalıb. Pavloqradda, raket yanacağı istehsalı müəssisəsinin yerləşdiyi ərazidə və Dnepropetrovsk vilayətinin ətrafında da partlayış səsləri eşidilib. Daha əvvəl Rusiya qüvvələri "Yujmaş" müəssisəsini də vurmuş, on aerodroma texnika zədələnib. Bildirilib ki, dronlar Sumı və Xarkov vilayətlərində də görünüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər