KİV: Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir. Buna səbəb bəzi Avropa ölkələrinin onun əsas tələblərini yerinə yetirməyəcəyi ilə bağlıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Nəşrin məlumatına görə, Tramp daha əvvəl bəyan etmişdi ki, yalnız bütün NATO üzvləri eyni addımı atacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. O, həmçinin bütün müttəfiqlərdən Rusiyadan neft idxalını dayandırmağı və Çinə yüksək rüsumlar tətbiq etməyi tələb edib.
Avropa Komissiyası bu məsələ ilə bağlı dünya üzrə tərəfdaşlarla işləyəcəklərini bildirib. Tramp isə Avropa liderləri ilə telefon danışığında Rusiyadan neft alışını mümkün qədər tez azaltmağa çağırıb.