Kiyevdə ölənlərin sayı 21-ə çatıb
Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 21-ə çatıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
"Saat 20:45-ə olan məlumata görə, Rusiyanın Kiyevə hücumu nəticəsində 21 nəfərin öldüyü təsdiqlənib. Axtarış-xilasetmə əməliyyatları davam edir", - o, teleqram kanalında yazıb.