00:00:00
Yazar
Admin User
04.07.2025 04:03 137 1 dəq oxuma
Dünya

Kobaxidze: Gürcüstan Azərbaycanla əlaqələri genişləndirir

Kobaxidze: Gürcüstan Azərbaycanla əlaqələri genişləndirir


“Biz region ölkələri, həmçinin yaxın qonşularımız olan Azərbaycan, Türkiyə, Ermənistanla əlaqələri daim genişləndiririk və bu olduqca vacibdir”.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İmedi telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.

 

Onun sözlərinə görə, ərəb və Mərkəzi Asiya ölkələri ilə münasibətlər istiqamətində də fəal iş aparılır.


İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Avropa İttifaqındakı əsas tərəfdaşı olan Macarıstanla çox sıx və uğurlu əlaqələr saxlayır:


“Biz gürcü xalqına qarşı çox və yaxud az xeyirxahlıqla yanaşan digər dövlətlərlə də münasibətlərin maksimum inkişaf etdirilməsi üçün çalışırıq”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər