00:00:00
Yazar
Admin User
01.09.2025 17:19 72 1 dəq oxuma
Dünya

Kolorado hava limanında kiçik təyyarələr havada toqquşub,yaralılar var

Kolorado hava limanında kiçik təyyarələr havada toqquşub,yaralılar var

Hakimiyyət orqanlarının məlumatına görə, Koloradonun şimal-şərqindəki Fort Morgan Bələdiyyə Hava Limanı yaxınlığında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.


Federal Aviasiya Administrasiyasının açıqlamasına görə, “Cessna 172”və “Extra Flugzeugbau EA300 “tipli təyyarələr bazar günü səhər saatlarında hər iki pilot eniş etməyə çalışarkən toqquşub. Hər bir təyyarədə iki nəfər olub.


Təcili yardım xidmətləri hadisə yerində “qara tüstü” və “aktiv alov” gördüklərini bildiriblər. “Broadcastify”saytında yayımlanan dispetçer səs yazısına əsasən, ən azı bir nəfər təyyarələrdən birində “sıxılıb qalmış” vəziyyətdə olub.

 

CNN

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər