Kolumbiyada barışıq danışıqları kilitləndi
Kolumbiyada silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusu (MAO): Hökumətlə sülh prosesi böhrandadır.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, MAO-nun yaydığı bəyanatda bildirilib ki, sülh danışıqları prezidentin ictimai tənqidindən təsirlənməməlidir. Açıqlamada Petrovun təşkilat daxilində birliyi şübhə altına almasının sülh danışıqlarını böhrana saldığı vurğulanıb.
Hökumətin verdiyi bəyanatda sülh prosesinin “bölgələrdə silahlı hərəkətlərə son qoyulması üçün önəmli olduğu” və silahlı münaqişələrə görə həm hökumətin, həm də MAO-nun məsuliyyət daşımalı olduğu qeyd edilib.
Qeyd edək ki, Prezident Petro MAO-nun öz daxilindəki birliyini şübhə altına alıb və ölkə ordusuna "qanunsuz silahlı təşkilatları maliyyələşdirən narkotik ticarəti kimi fəaliyyətlərlə mübarizə aparmağı" əmr edib.
Sayad
