00:00:00
Yazar
Admin User
12.09.2025 08:28 109 1 dəq oxuma
Dünya

Komitə sədri: "Tramp marşrutu"nda Ermənistanın gömrük xidməti fəaliyyət göstərəcək

Komitə sədri: "Tramp marşrutu"nda Ermənistanın gömrük xidməti fəaliyyət göstərəcək

Ermənistanın gömrük xidməti "Tramp marşrutu"nda (TRIPP) - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsində fəaliyyət göstərəcək.

 

"İnformator.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan parlamentdə bildirib.

 

"Təsdiq edirəm ki, gömrük xidməti fəaliyyət göstərəcək. Təfərrüatlara gəlincə, onlar hələ müzakirə mərhələsindədir. Lakin bundan asılı olmayaraq, bizim ümumi gömrük siyasətimiz kompleks xarakter daşıyır, yəni biz bütün sərhədlərimizdə ticarətin sadələşdirilməsi üçün islahatlar aparırıq", - E.Akopyan vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər