Konqres payız sessiyasına qayıdır
Konqres payız sessiyasına qayıdarkən siyasi cəhətdən ağır mübarizəyə hazırlaşır. Çərşənbə axşamı Vaşinqtona qayıdan qanunvericiləri hökumətin maliyyələşdirilməsi, Ceffri Epstayn sənədləri və prezident Donald Trampın polis islahatları təşəbbüsü ilə bağlı böyük qarşıdurmalar gözləyir.
Trampın ölkə miqyasında deportasiya əməliyyatları, Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi və bir sıra yüksək vəzifəli şəxslərin vəzifədən azad olunması ilə bağlı gərgin yay mövsümündən sonra Demokratlar mübarizəyə hazırdır. Azlıq təşkil edən partiya Tramp ilə qarşıdurma fürsəti üçün çox gözləməli olmayacaq. Respublikaçılar və Demokratlar artıq 30 sentyabr maliyyələşmə son tarixindən əvvəl yüksək riskli büdcə qarşıdurmasına girirlər. Bu tarix Konqresin aylardır ilk iki partiyalı razılaşma cəhdi olacaq. Demokratlar artıq Trampın səlahiyyətlərinə yeni məhdudiyyətlər və prezidentin əsas daxili siyasət qanununun ləğvini tələb edəcəklərini bildirirlər. Ağ Ev rəsmiləri isə bu tələblərə boyun əymək niyyətində olmadıqlarını və Demokratlardan hökumətin fəaliyyətini açıq saxlamaqda kömək gözlədiklərini deyirlər.
CNN
Zəri Bayramlı