Konqresin 907-ci düzəlişi ləğv etməsi...
Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.
Dövlətimizin başçısı vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
Bu məsələ ilə bağlı siyasi şərhci Arax Xan “İnformator.az”a bildirib ki,bu həmlə Rusiya oxundan uzaqlaşan Ermənistanı yenidən cəlb etməyə hesablanıb:
“Paşinyan hakimiyyətə gəldiyi gündən Qərblə daha sıx əməkdaşlıq edir və addım-addım Moskvadan uzaqlaşır. Son olaraq Rusiyanın Zəngəzur dəhlizindən kənarda qalması və əvəzində ABŞ-nin dəhlizin təhlükəsizliyi üçün regiona gəlməsi Kremlin yeni həmlələr hazırlamasına səbəb olub”.
“Paşinyanın Qlobal Atom Enerjisi Forumuna dəvət olunması və Lukaşenkonun Ermənistan Baş nazirinə nüvə texnologiyasının inkişafında kömək təklif etməsi məhz bu həmlələrdən biridir ki, İrəvanı Moskvadan uzaqlaşmağa qoymasın. Paşinyan isə təklifi qəbul da etsə, Rusiya və Belarusla münasibətlərdə müəyyən isinmə olsa da əlqələr heç vaxt əvvəlki səviyyəyə gəlməyəcək.Buna baxmayaraq Paşinyan seçkilərə qədər münasibətlərin daha da korlanmaması üçün əlindən gələni edəcək. Qərbdə isə məhz seçkilərə kimi proseslərə göz yumacaqlar”.
Cavahir Əsgərbəyli
