00:00:00
Yazar
Admin User
09.09.2025 17:15 73 1 dəq oxuma
Dünya

Kopırkin Petrosyanın malikanəsinə gedib

Kopırkin Petrosyanın malikanəsinə gedib

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə regiondakı vəziyyəti müzakirə edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Görüş Ter-Petrosyanın malikanəsində baş tutub və bir saatdan çox davam edib. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyindən danışıblar.

 

“Birinci prezident Rusiyanın Cənubi Qafqazda mövcudluğunun fövqəladə zərurət olduğunu vurğulayıb. O bildirib ki, Ermənistanın etibarlı və səmimi dostları İran, Gürcüstan, Fransa, Yunanıstan, gələcəkdə isə Hindistan və Çindir”, - məlumatda qeyd edilib.

 

Xatırladaq ki, Ter-Petrosyanla Kopırkin sonuncu dəfə bu ilin fevralında görüşüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər