00:00:00
Yazar
Admin User
01.11.2025 04:25 113 1 dəq oxuma
Dünya

Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür

Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür

KXDR-in xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreyanın həyata keçirilməsi qeyri-mümkün olan xəyalı adlandırıb.

 

"İnformator.az" xəbər verir ki, diplomatın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan açıqlamasında bildirilib.

 

"Biz səbir nümayiş etdirəcəyik ki, onlar (Cənubi Koreya - red.) nüvəsizləşdirmə haqqında nə qədər, hətta yüz və ya min dəfə danışsınlar, bu, xəyaldır", - bəyanatda deyilir.

 

Onun sözlərinə görə, Cənubi Koreyada hələ də başa düşmürlər ki, KXDR-in nüvə statusunun inkar edilməsi və yarımadanın nüvəsizləşdirilməsi arzusu ilə bağlı davamlı bəyanatlar Seulun "ağılsızlığını" göstərir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər