Koronavirusun yeni ştamları bütün dünyada təhlükə olmağa davam edir
Koronavirusun BA 2.86 adlandırılan yeni ştamı bu dəfə Böyük Britaniya aşkarlanıb. Virus hazırda ən təhlükəli növlərdən sayılır. Yeni ştamın aşkarlandığı ölkələrin də sayı artır.
Koronavirusun BA 2.86 adlandırılan ştamına ilk dəfə İsrail, Danimarka və ABŞ-da rast gəlinib. Virus bu dəfə İngiltərədə özünü göstərib. Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi verdiyi açıqlamaya görə, BA 2.86 ştamı bir nəfərdə müəyyən olunub və həmin şəxs nəzarətə götürülüb. Onun virusa nə zaman yoluxduğu və xarici ölkələrə səfər edib etmədiyi araşdırılır. Həmçinin vurğulanır ki, virusun yeni növü mutasiyaya uğrayıb və koronavirusun digər variantlarına genomik cəhətdən oxşamır.
Ekspert Tim Vayt koronavirusun hələ də bir xəstəlik olduğunu bildirib: "Bu, bir çox xəstəlik kimi insanları öldürür. Doğrudur, hazırda pandemiya yoxdur. Ancaq bizi narahat edən şey artıq üç ildir deyildiyi kimi Kovid 19 -un yeni variantlarıdır. Bəlkə də qarşıdakı 10 il ərzində bu mövzudan danışacağıq. Yeni variantların da ortaya çıxması ehtimalı mümkündür. Onları tezliklə aşkar etmək vacibdir".
Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də koronavirusa bağlı açıqlamasında bildirib ki, yeni müəyyən edilən növlərin hər biri izlənir və müşahidə edilir. Hazırda dünyada yayılan ən çox koronavirus variantları XBB.1.16 və EG.5-dir. Araşdırmalar əsasında BA.2.86 variantının delta və omikron ştamları qədər ölümcül olmadığı müəyyən olunub.
Zeynəb
