00:00:00
Yazar
Admin User
29.08.2023 05:54 343 3 dəq oxuma
Dünya

KORRUPSİONER ABŞ SENATORU İTTİHAM ALTINDA

KORRUPSİONER ABŞ SENATORU İTTİHAM ALTINDA

  BŞ senatoru Bob Menendes korrupsiya ittihamları ilə üz-üzə qalıb. Bu barədə məşhur Nyu York Post nəşri məqalə dərc edib. Senatorun erməni əsilli həyat yoldaşının külli miqdarda qızıl külçələr satması Federal Təhlükəsizlik Bürosunun ciddi araşdırmaya başlaması ilə nəticələnib.

  Qatı ermənipərəst mövqeyi ilə seçilən Birləşmiş Ştatlar senatoru Bob Menendesin maliyyə failiyyətinə qarşı ittihamlar irəli sürülüb. Nyu-York Post nəşrində yazılan məqalədə bildirilir ki, senatorun erməni əsilli arvadı Nadin Arslanyanın 400 min dollar dəyərində qızıl külçələri satması bütün diqqətləri onların üzərinə çevirib. Lakin o, 2020-ci ildə Menendeslə evlənməzdən öncə, evinin girov qoyulması təhlükəsi ilə üzləşib. Arslanyanın üç il əvvəl ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi halda, belə addım atması federal təhlükəsizlik bürosunun gözündən yayınmayıb. Hazırda federal prokurorlar senatora və həyat yoldaşına məxsus sərvətin siyasi loyallıq müqabilində əldə edilməsindən şübhə edirlər. Qeyd edək ki, ermənipərəst senator Bob Menendezin adı zaman-zaman korrupsiya və maliyyə qalmaqallarında hallanıb.

  Politoloq Məhəmməd Əsədullazadə deyir ki, erməni diasporundan aldığı külli miqdarda çirkli pullar qarşılığında ermənilərin əsassız iddialarını hər imkanda və müstəvidə gündəmə gətirən senator rüşvət və korrupsiya cinayətlərində təqsirli bilinib. “Menendes uzun müddət Azərbaycan və Türkiyəyə qarşı erməni lobbisinin maraqlarına xidmət edib. Onun korrupsiya, həmçinin, rüşvət alma və digər çirkli pulların yuyulmasında fəaliyyəti əlbəttə ki, istisna deyil. Məhz erməni lobbisi uzun illərdir ki, ABŞ-də konqresləri, siyasətçiləri məhz rüşvətlə, korrupsiya ilə öz ətrafına çəkir. Onların maraqları naminə çıxışların hazırlanması üçün müəyyən sövdələşməyə aparırlar”.

"Amerika Erməniləri Milli Komitəsi"nin aktiv üzvləri arasında yer alan senator uzun müddətdir ki, ermənipərəst həmkarlarının antiazərbaycan və antitürk siyasətini dəstəkləyir. Onun qərəzli fəaliyyətində erməni lobbisinin maliyyə dəstəyi və həyat yoldaşının milliyyəti bilavasitə rol oynayıb. Belə ki, Nadin Arslanyan 2020-ci ildə verdiyi müsahibədə Menendesi Senatın 1915-ci il qondarma erməni soyqırımını tanıması üçün təşviq etdiyini etiraf edib. Görünür, senatorun şəxsi maraqlarının dövlətlər arası beynəlxalq əlaqələrdən üstün tutulması bu işin ciddi şəkildə araşdırılması ilə nəticələnir. Politoloq Turan Rzayev isə xarici siyasətdə Amerikaya problemlər yaratması səbəbinə görə, Bob Mendes haqqında cinayət işlərinin açılmasını təsadüfi hesab etmir. “Adının korrupsiyada hallandığını biz bilirik. Sırf korrupsiyaya dair araşdırmalar bu gün də davam etməkdədir. Erməni lobbisinin "konyak diplomatiyasının" təsirində olan bu şəxsin fəaliyyətləri heç bir halda legitim hesab edilə bilməz. Təsadüfi deyil ki, öz ölkəsinin qanunvericiliyi tərəfində də bu şəxsə dair müxtəlif ittihamlar irəli sürülüb, cinayət işləri açılmaqdadır”.

  Korrupsiya və digər maliyyəti cinayətində adı hallanan ermənipərəst senator və konqresmenlərin siyahısı genişdir. Menendeslə yanaşı, BŞ Konqresində erməni lobbisinin qatı müdafiəçisi olan Frank Pellone, Adam Şiff, Robert Dold, Bred Şerman, eləcə də senator Barbara Bokser də vura aid edə bilərik. Həmin şəxslərin adları zaman-zaman maliyyə fırıldaqlarında, korrupsiya əməllərində, erməni diasporunun müxtəlif fondlarında topalanmış maliyyə vəsaitlərinin mənimsənilməsində hallanıb.

 

ÇİMNAZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər