Koşta: İlham Əliyevin iştirakı "Avropa Siyasi Birliyi"nin İrəvandakı sammitinə əlavə əhəmiyyət qatıb
"Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammiti həqiqətən tarixi olub, çünki ilk dəfə olaraq Cənubi Qafqaz regionunda baş tutub və Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı ilə əlamətdar olub ki, bu da ona əlavə əhəmiyyət qatıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta sammitin yekun mətbuat konfransında bildirib.