00:00:00
Yazar
Zəhra Həsənova
08.04.2026 21:22 28 1 dəq oxuma
İqtisadiyyat

Əkrəm Həsənov: "Bankların real sektoru maliyyələşdirmə göstəricisi hələ də aşağıdır"

Əkrəm Həsənov: "Bankların real sektoru maliyyələşdirmə göstəricisi hələ də aşağıdır"

Azərbaycanın bank sektoru iqtisadiyyatın əsas sahələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. 2026-cı ilin martın 1-nə ölkə banklarının sənaye sektoru üzrə biznes kredit portfeli 2,738 milyard manat təşkil edib. Məlumatlara görə, bu sahədə kredit portfeli həm aylıq, həm də illik müqayisədə artım göstərib. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "İnformator.az"a bildirib ki, əlbəttə, bu göstərici aşağıdır. Mərkəzi bank özü də dəfələrlə qeyd edir ki, bankların real sektora sahibkarlara verdiyi kredit yüksək deyil:


"Bunu daha dərindən araşdırsaq, məlum olacaq ki, bu, daha çox dövlət sektoru deyil, özəl sektordur. Bu, kredit riski baxımından bəlkə də banklar üçün problem deyil, məbləğ də elə yüksək deyil. Biz indi bunu ölkə iqtisadiyyatının inkişafı baxımından qiymətləndirməliyik. Ölkədə iqtisadiyyatın inkişafının əsas təməli real sektor nədir? Sənaye və kənd təsərrüfatıdır. Nə maliyyə sektorudur, nə istehlak kreditləridir. Onlar iqtisadiyyatı artırmır ki, iqtisadiyyatın artımı real sektordur. Bu baxımdan da ölkə iqtisadiyyatı inkişaf etməkdədir".


Mehriban Yariyeva

#sektoru #yeni #aşağıdır" #həsənov:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər