Kramatorskda Rusiya hava zərbəsi 15 dinc sakini yaralayıb
Bazar günü gecə saatlarında Kramatorskun mərkəzinə hava zərbəsi endirilib. Son sutka ərzində Rusiya hücumları nəticəsində beş nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Donetsk vilayət prokurorluğu bildirib ki, Kramatorska endirilən hava zərbəsində yaralanan dinc sakinlərin sayı 15-ə yüksəlib.
"Rusiya bazar ertəsinə keçən gecə Ukraynaya 84 kamikadze PUA və üç zenit idarəolunan raketi ilə hücum edib. Raketlərin və 25 zərbə PUA-sının 13 yerə düşdüyü təsdiqlənib", – bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Çerniqov vilayətində dörd yanğınsöndürən xəsarət alıb. Onlar rus PUA hücumundan sonra müxtəlif dərəcəli yaralanmalarla xəstəxanaya yerləşdirilib", – bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti bildirib.
Euronews
Fatimə Heydərova