“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Pekində keçirilən bayram şənliklərində sadəcə ayaq üstə salamlaşıblar, bundan başqa onların arasında görüş olmayıb”.


"İnformator.az"  "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

 

“(Putin) Əliyevlə salamlaşıb, əl sıxıblar, amma mahiyyət etibarı ilə bundan başqa heç bir təmas olmayıb”, - Kremlin nümayəndəsi qeyd edib.