00:00:00
Yazar
Admin User
14.08.2023 09:29 352 2 dəq oxuma
Dünya

KREML NİYƏ SUSUR?

KREML NİYƏ SUSUR?

Rusiyaya edilən dron hücumlarının sayı hər keçən gün getdikcə artır. Maraqlıdır, hər daim güclü hava hücumundan müdafiə sistemləri ilə tanınan Moskva, bu tip hücumların qarşısını niyə ala bilmir? Demək olar ki, hər gün Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisindən dron hucumu olması ilə bağlı məlumatlar yayır. Bütün bu amillər isə Kremlin sahib olduğu müdafiə sistemlərinin zəif olduğu və ya hücumların Rusiya ərazisindən edildiyi ilə bağlı müxtəlif iddiaların ortaya atılmasına səbəb olur. Ekspertlər isə sözügedən iddiaların əsassız olduğunu bildirirlər. Hərbi ekspert Elmar Hüseynin sözlərinə görə, hücumların qarşısının alına bilinməməsinə müdafiə sistemlərin zəifliyi deyil, azlığı səbəb olur. Hücumlarla bağlı digər bir iddia isə PUA-ların Rusiya ərazisindən atılması ehtimalı isə hazırkı vəziyyətdə real qiymətləndirilmir. Çünki Qərbin Ukraynaya göndərdiyi PUA texnikalarının gücünün Rusiya ərazisinin dərinliklərinə və sərhəddən təxminən 450 km məsafədə olan Moskvaya çata biləcək qədər güclü olma varinatı da səsləndirilir. “Rusiya çox böyük, geniş ərazidə yerləşir. Onun hava hücumundan müdafiə sistemləri, hava məkanının bağlanma bucaqları həmin məsafələri təmin etmir. Digər tərəfdən dronların Rusiya ərazisindən qaldırılması ehtimalı da var. Bu ehtimal bir o qədər də düzgün səslənmir. Çünki bilirsiz ki, hava hücumundan, ümumiyyətlə uçuş dronlarının dövlət sərhədinin gömrük məntəqəsindən keçirilməsi çox çətin bir məqamdır. Yəni, bunlar qeydiyyatdan keçməlidir. Bununla bağlı ehtimallar yanlış görünə bilər”.

Rusiya Konstitusiyasına görə, ölkənin suveren əraizisinə təhdid olduğu təqdirdə çox sərt tədbirlər görülməli, hətta nüvə silahı belə müzakirə mövzusu olmalıdır. Amma bu qədər dron hücumundan sonra Kreml hələ də təmkin göstərir. Səbəb isə həm də nüvə silahı ilə qarşı tərəfdən təhdidin olmaması kimi göstərilir. Amma istənilən halda bu hücumlar müharibənin qarşı tərəfindən qeydə alınırsa, Rusiyanın sərt tədbirlər görməməsi, kəskin bəyanatlarla çıxış etməməsi konkret arqumentlə əsaslandırılmır.

 CAVİD

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər