00:00:00
Yazar
Admin User
14.08.2025 11:53 86 1 dəq oxuma
Dünya

Kreml Putin və Trampın Alyaskadakı görüşünün təfərrüatlarını açıqlayıb

Kreml Putin və Trampın Alyaskadakı görüşünün təfərrüatlarını açıqlayıb

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçirəcəkləri görüşdə Ukrayna böhranını, beynəlxalq və regional məsələləri, ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Moskvada jurnalistlərə açıqlama verən Uşakov Putin və Tramp arasında sabah Alyaskanın Ankoric şəhərində keçirilməsi planlaşdırılan görüşün təfərrüatlarını bölüşüb.


Uşakov sammitin Ankoricdəki Elmendorf-Riçardson aviabazasında keçiriləcəyini açıqlayıb və baza yaxınlığındakı sovet əsgərlərinin məzarlarının simvolik əhəmiyyətini vurğulayıb. Putin və Tramp tərcüməçilər ilə üzbəüz görüşəcək. Danışıqlar işçi səhər yeməyi ilə davam edəcək",-deyib.Uşakov izah edib ki, Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, özü və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev daxildir. O əlavə edib ki, Amerika nümayəndə heyətinin də adları müəyyənləşib. Uşakov sammitin məzmunu ilə bağlı bunları qeyd edib:


"Görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq. Təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən kritik beynəlxalq və regional problemlər müzakirə olunacaq. İkitərəfli əməkdaşlığın, o cümlədən ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir. İkitərəfli münasibətlərdə böyük və təəssüf ki, istifadə olunmamış potensial var".


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər