Kreml sülh danışıqlarına sadiq qalır
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu Moskvanın münaqişəni diplomatik yollarla həll etmək səylərinə cavabı kimi qiymətləndirib.
Kreml sözçüsü Dmitri Peskov Rusiyanın danışıqlara maraqlı olduğunu bəyan etməsinə baxmayaraq, hər iki tərəfin hərbi əməliyyatlara davam etdiyini bildirib.
"Kiyev rejimi tərəfindən Rusiya infrastrukturuna, bəzən isə mülki obyektlərə hücumlar davam edir", – Peskov qeyd edib.
O, əlavə edib ki, "Rusiya silahlı qüvvələri öz vəzifələrini icra edir, hərbi və hərbi əlaqəli infrastrukturu hədəf alır. Hücumlar uğurludur, hədəflər məhv edilir və xüsusi hərbi əməliyyat davam edir".
Eyni zamanda, Peskov Rusiya tərəfindən mülki şəxslərin qəsdən hədəf alınmadığını, Ukraynanın isə Rusiya infrastrukturuna, o cümlədən mülki obyektlərə zərbələr endirməyə davam etdiyini vurğulayıb.
"Rusiya siyasi və diplomatik vasitələrlə məqsədlərinə çatmaq üçün danışıqlar prosesini davam etdirməyə maraqlıdır",– deyə o bildirib.
ANEWZ
Güllər Gülhüseynova