Kreml: Sanksiyalara qarşı immunitet qazanırıq
Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi vaxtı 10 günə endirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib və ölkəsinin sanksiyalara qarşı artıq immunitet qazandığını vurğulayıb.
Kreml, Rusiyaya tətbiq edilən sanksiyalar və Trampın yeni sanksiya təhdidi ilə bağlı mövqe ortaya qoyur.
Peskov qeyd edir ki, Rusiya uzun müddətdir çoxsaylı sanksiyalarla üz-üzə qalır: “İqtisadiyyatımız işləyir. Artıq bu sahədə müəyyən bir immunitet formalaşır”.
Moskvada jurnalistlər qarşısında çıxış edən Peskov, ABŞ Prezidenti Donald Trampın Ukraynada atəşkəs üçün Rusiyaya verdiyi vaxtı “10 günə endirməsi” barədə açıqlamanı diqqətə aldıqlarını bildirir: “Trampın və digər beynəlxalq nümayəndələrin bu məsələ ilə bağlı verdiyi bütün açıqlamaları diqqətdə saxlayırıq”.
O, Trampın sözlərinə dair əlavə şərh verməyin hələlik lazım olmadığını da vurğulayır.
Peskov əlavə edir: “Uzun müddətdir çoxsaylı sanksiyalar altında fəaliyyət göstəririk. İqtisadiyyatımız davam edir. Bu vəziyyətə qarşı artıq müqavimət qazanırıq”.
Haber Global
Nuray Əliyeva