00:00:00
Yazar
Admin User
14.11.2025 17:25 142 2 dəq oxuma
Dünya

Kreml: Tramp və Putin arasında telefon danışığı mümkündür

Kreml: Tramp və Putin arasında telefon danışığı mümkündür

Kremlin mətbuat katibi Dmitri Peskov keçmiş ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tuta biləcəyini istisna etməyib. Peskovun sözlərinə görə, hazırda belə bir danışıqlə bağlı konkret plan olmasa da, tərəflər arasında əlaqə imkanları tamamilə mümkündür. “Biz belə bir təmasın baş verməsini istisna etmirik. Hər şey siyasi və diplomatik şəraitdən asılı olacaq,”- deyə Kremlin nümayəndəsi bildirib.

 

Bu mövzu ilə bağlı millət vəkili, deputat Azər Allahverənov “İnformator.az” a bildirib ki, şübhəsiz ki, bu dialoqun davam etdirilməsi Rusiya-Ukrayna müharibəsi fonunda yeni çalarların ortaya çıxmasına səbəb ola bilər:

 

“Çünki məlumdur ki, Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkcə telefon danışığı deyil, ümumiyyətlə bu günə qədər müxtəlif formatlarda-Alyaska görüşü və digər təmaslar daxil olmaqla-keçirilmiş ünsiyyətlər mövcuddur. Bu təmaslar göstərir ki, həm ABŞ tərəfi, həm də Rusiya bu dialoqun qorunub saxlanılmasında maraqlıdır. Mövcud siyasi və diplomatik şərait dialoqun davam etdirilməsini zəruri edir. Bu ünsiyyətin hansı istiqamətdə inkişaf etməsi isə Rusiya-Ukrayna müharibəsi kontekstində Qərbin, xüsusən də ABŞ-nin Ukraynaya göstərəcəyi dəstəyin həcmini müəyyən mənada şərtləndirə bilər. Hazırda Rusiya-ABŞ-Çin münasibətlərinin daha çox siyasi və iqtisadi sferada, xüsusilə ticarət sahəsində dərinləşdiyini müşahidə ediriksə, bu proses Moskvanın siyasi dialoqa daha çox ehtiyac duyduğunu və bu fürsəti dəyərləndirməyə çalışdığını göstərir. Kremlin nümayəndələrinin bəyanatları da bununla bağlı mesajlar verir. Trampın seçki kompaniyası baxımından isə istənilən sülh təşəbbüsü və ya dialoqun genişlənməsi onun siyasi imicinə müsbət təsir edən amildir. Çünki Tramp hakimiyyətdə olduğu dövrdə bir sıra regional münaqişələrin yumşalmasına nail olub. Lakin o, Rusiya–Ukrayna müharibəsinin tez bir zamanda dayandırılmasının mümkün olduğunu iddia etsə də, sonrakı proseslər bunun elə də asan olmadığını göstərib. Məsələn, Pakistan-Hindistan gərginliyinin azaldılması Tramp üçün daha rahat olub, nəinki Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması. Burada Çin faktorunun da mühüm rolu var idi. Üçüncü məsələyə-Kremlin açıqlamasının siyasi siqnalına-gəldikdə isə, bu açıq şəkildə dialoqun davam etdirilməsinə çağırışdır. Kreml göstərməyə çalışır ki, danışıqlar üçün açıqdır və irəli sürdüyü şərtlər əsasında müzakirələrin aparılması onun maraqlarına uyğundur. Bununla yanaşı, Moskva bu tip mesajlarla daxildə ona qarşı sərt mövqe tutan qüvvələrin daha radikal addımlar atmasının qarşısını almağa çalışır. Bu səbəbdən ABŞ ilə təmasların dərinləşdirilməsində və dialoqun saxlanılmasında maraqlı olduğunu nümayiş etdirir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər