Kreml Trampın nüvə bəyanatına ehtiyatla yanaşır
ABŞ-nin sabiq Prezidenti Donald Trampın nüvə silahlı sualtı qayıqlarla bağlı verdiyi açıqlamaya Kreml ilk dəfə rəsmi münasibət bildirib. Bazar ertəsi keçirilən brifinqdə Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatın əhəmiyyətini azaltmağa çalışaraq deyib: “Biz belə bir mübahisəyə qarışmaq istəməzdik və bunu heç cür şərh etmək niyyətində deyilik".
Peskov əlavə edib: “Əlbəttə, hesab edirik ki, nüvə ritorikası ilə bağlı hər kəs çox, çox ehtiyatlı olmalıdır".
O, ABŞ-nin nüvə sualtı qayıqlarının artıq döyüş növbətçiliyində olduğunu qeyd edərək bunun hər hansı ciddi dəyişiklik deyil, davam edən adi bir proses olduğunu bildirib.
Kreml Trampın addımını eskalasiya (gərginliyin artması) kimi qiymətləndirmədiyini vurğulayıb: “Aydındır ki, burada çox mürəkkəb və həssas məsələlər müzakirə olunur. Bu da, təbii ki, bir çox insanlar tərəfindən emosional qarşılanır".
Hadisələr fonunda Tramp Rusiyanın Ukrayna müharibəsini cümə gününə qədər dayandırmadığı təqdirdə Rusiya və onun əsas neft alıcıları — Hindistan və Çinə qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib. Prezident Vladimir Putin isə sülh danışıqlarında müəyyən irəliləyiş olduğunu etiraf etsə də, hazırda təşəbbüsün Rusiyanın əlində olduğunu bildirib.
ANEWZ
Gülhüseynova Güllər