00:00:00
Yazar
Admin User
20.09.2025 04:43 105 1 dəq oxuma
Dünya

Kreml Trampın Putin haqqında sözlərinə cavab verib

Kreml Trampın Putin haqqında sözlərinə cavab verib

 

Kreml, ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin onu məyus etdiyi ilə bağlı sözlərinə cavab verib.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, Kremlin mövqeyini Putinin sözçünü Dmitri Peskov ifadə edib.


Onun sözlərinə görə, Tramp Rusiya-Ukrayna müharibəsinə çox emosional yanaşır.

Peskov əlavə edib ki, Rusiya hakimiyyəti ABŞ-nin və şəxsən Trampın müharibəni sona çatdırmaq üçün çox çalışdığını və səy göstərdiyini anlayır.

“Buna görə də, əlbəttə, Prezident Tramp bu mövzuya, deyək ki, kifayət qədər emosional yanaşır. Bu, tamamilə başa düşüləndir”, - Kremlin nümayəndəsi söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər