Kreml: Xüsusi xidmət orqanları 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri görür
Rusiya xüsusi xidmət orqanları 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri görür.
"İnformator.az" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiya xüsusi xidmət orqanlarının olduqca mürəkkəb əməliyyat vəziyyəti nəzərə alınmaqla, 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri gördüyünü deyib.
Kremlin sözçüsü bütün tədbirlərin qanun çərçivəsində görüldüyünü və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulduğunu vurğulayıb.
Peskov bildirib ki, Moskvada "Ölməz Alay" yürüşü elektron formatda keçiriləcək.