00:00:00
Yazar
Admin User
22.09.2025 10:32 71 1 dəq oxuma
Dünya

Kremlin bu ölkə ilə bağlı müdhiş planı üzə çıxıb

Kremlin bu ölkə ilə bağlı müdhiş planı üzə çıxıb

Kreml Moldovada seçkilərə müdaxilə etmək üçün gizli strategiya hazırlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

 

Agentliyin əldə etdiyi sənədlərə görə, Rusiya sentyabrın 28-də keçiriləcək seçkilərdə Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyasının şanslarını sarsıtmaq və Moldovanı Moskvanın orbitinə qaytarmaq üçün çoxfəaliyyətli plan qurub.

 

Moldovalıların xaricdəki seçki məntəqələrində səs vermək üçün əməkdaşlığa cəlb edilməsi, təxribat xarakterli aksiyaların və kütləvi etirazların təşkili, sosial mediada genişmiqyaslı dezinformasiya kampaniyası, məmurlara kompromatlarla təzyiq etmək planın əsasını təşkil edir.


“Kampaniyanın məqsədi Moldova konstitusiyasındakı Avrointeqrasiya öhdəliyini pozmaq və ölkəni Rusiyaya tərəf yönəltməkdir”, - agentlik bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər