"Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim edib
"İnformator.az" xəbər verir ki, "Kristal" WUF13 beynəlxalq forumunda dayanıqlı şəhər inkişafı konsepsiyasını təqdim edib.
Tikinti və daşınmaz əmlak sektorunda keyfiyyətli və innovativ layihələri ilə tanınan "Kristal" Bakıda keçirilən World Urban Forum 13 (WUF13) beynəlxalq forumunda iştirak edib. Şirkət xüsusi stendi ilə çıxış edərək paytaxtın müxtəlif ərazilərindəki yaşayış komplekslərini, müasir şəhərsalma yanaşmalarını və premium yaşayış konsepsiyalarını nümayiş etdirib.
Stendin mərkəzini "City Garden Narimanov"layihəsinin maketi təşkil edib. Ümumi ərazisi 21 hektar olan bu kompleksin 17,3 hektarı — yəni ərazinin böyük əksəriyyəti — yaşıllıqla əhatələnilib. "City Garden Narimanov" sakinlərinin gündəlik ehtiyaclarının əksəriyyətini kompleks daxilindən ödəyəcək şəkildə planlaşdırılıb. Məktəb, uşaq baxçası, ticarət mərkəzi, iaşə obyektləri, klinika və fitness mərkəzi kimi infrastrukturları özündə birləşdirən kompleks sakinlərinin nəqliyyatdan istifadəsini minimuma endirməyi hədəfləyir — bu da şəhər mühitinə ekoloji töhfənin ayrılmaz hissəsidir.