Əks-hücuma keçən Ukrayna ordusu irəliləyir
“Ukrayna Müdafiə Qüvvələri Dobropil istiqamətində əks-hücum əməliyyatlarını davam etdirir və irəliləyir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.
“Son gün ərzində 1,3 kvadratkilometr əraziyə nəzarət bərpa edilib, Donetsk vilayətinin Pokrovsk rayonunun 2,1 kvadratkilometr ərazisi düşməndən təmizlənib və işğalçılar məhv edilib”, - Sırski vurğulayıb.
Ukraynanın Ali Baş Komandanı əlavə edib ki, hücum bölmələri bəzi istiqamətlərdə 200 m-dən 2,5 kilometrə qədər irəliləyib.