Kuba ABŞ-nin hərbi təcavüzünə qarşı hazırlıqlar görür
Kubanın silahlı qüvvələri ABŞ-nin mümkün təcavüzünə hazırlaşır. Havana ümid edir ki, Vaşinqton hərbi varianta əl atmayacaq.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio "NBC News"a müsahibəsində bildirib.
“Ordumuz mümkün hərbi təcavüzə qarşı hazırlıqlıdır. Dünyada baş verənləri nəzərə alsaq, bunu etməsəydik, sadəlövh olardıq. Biz həqiqətən ümid edirik ki, təcavüz baş verməyəcək”, - deyə o bildirib.