00:00:00
Yazar
Bəsti Nəsibova
23.10.2026 10:38 8 1 dəq oxuma
Sosial

Lənkəran Tibb Kollecində Ağa Musa Nağıyevin irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Lənkəran Tibb Kollecində Ağa Musa Nağıyevin irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Dəyərlərin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Ağa Musa Nağıyev irsinin təbliği” layihəsi çərçivəsində Lənkəran Tibb Kollecində maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə görkəmli Azərbaycan xeyriyyəçisi və mesenatı Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, xeyriyyəçilik ənənələri, eləcə də onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda inşa etdirilmiş 98 bina haqqında tələbələrə ətraflı məlumat verilib. Həmin tikililərin paytaxtın tarixi-memarlıq simasının formalaşmasındakı rolu və Azərbaycan mədəni irsindəki əhəmiyyəti diqqətə çatdırılıb.

Layihənin rəhbəri, Ağa Musa Nağıyevin nəvəsi Dilara Nağıyeva layihənin əhəmiyyəti, tarixi irsin qorunması və görkəmli şəxsiyyətlərin həyat yolunun gənc nəslə tanıdılmasının vacibliyi barədə fikirlərini bölüşüb.

Görüş zamanı tələbələr müzakirələrdə fəal iştirak edib, mövzu ilə bağlı suallar ünvanlayıb və Ağa Musa Nağıyevin həyat və fəaliyyəti haqqında biliklərini genişləndiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Ağa Musa Nağıyevin zəngin tarixi irsini gənc nəslə tanıtmaq, onun Azərbaycan cəmiyyətinin inkişafına verdiyi töhfələri təbliğ etmək və milli-mədəni dəyərlərin qorunmasına dəstək verməkdir.





#xəbər #azərbaycan #keçirilib #irsinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər