Lavrov: Biz Trampla görüşün nəticəsini proqnozlaşdırmayacağıq
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşündə danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalı ilə bağlı “Biz heç vaxt proqnozlaşdırmırıq”,-deyib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərə Trampın danışıqların uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğu barədə açıqlaması ilə bağlı sualı cavablandırıb. Lavrov, "Biz heç vaxt proqnoz vermirik. Arqumentlərimizin aydın və anlaşılan olduğunu bilirik. Bunu izah edəcəyik"-,deyib
Lavrov ABŞ prezidenti Donald Trampınxüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri zamanı çox şeyin əldə olunduğunu qeyd edərək, Vitkoffun həm Rusiya prezidenti Putin, həm də ABŞ prezidenti Tramp adından eyni sözləri dediyini xatırladıb. Lavrov, "Ümid edirəm ki, bu faydalı söhbəti sabah da davam etdirəcəyik",-deyib.
TRT Haber
Xədicə Məhərrəmli