00:00:00
Yazar
Admin User
08.09.2025 12:17 101 1 dəq oxuma
Dünya

Lavrov Çində “Labubu” oyuncağı axtarıb

Lavrov Çində “Labubu” oyuncağı axtarıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putin üçün Pekində ayrılan iqamətgahda bəzək əşyaları arasında “Labubu” oyuncağını tapmayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Məlumata görə, ikitərəfli görüş üçün Putinə “Dyayutay” iqamətgahı ayrılıb. İqamətgahda onlara ayrılan stend “Matryoşka” kuklaları və digər heykəl, eləcə də oyuncaqlarla bəzədilib, bu da Rusiya nazirlərinin diqqətini cəlb edib.

 

“Labubu” haradadır?” Lavrov iqamətgahın dekorasiyasına baxaraq soruşub.

 

Qeyd edək ki, “Labubu” uzun qulaqları, tüklü bədəni, iri gözləri və nəzərə çarpan doqquz dişli oyuncaqdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər