Lavrov Əliyevin təklifindən danışıb
“Rusiya Cənubi Qafqaz dövlətləri ilə onların üç qonşusu, o cümlədən Rusiya arasında 3+3 formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni 3+3 platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstanla onların üç böyük qonşusu - İran, Türkiyə, Rusiya arasında bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb”, - rusiyalı nazir bildirib.
Lavrov qeyd edib, İran bu prosesi dəstəkləyir və platformanın təşəbbüskarları Türkiyə və Azərbaycan olub. Bu ko