00:00:00
Yazar
Admin User
19.09.2025 17:18 77 1 dəq oxuma
Dünya

Lemkin ailəsi Ruben Vardanyanın institutuna etiraz edib

Lemkin ailəsi Ruben Vardanyanın institutuna etiraz edib

2021-ci ildə yaradılmış “Lemkin Genosidlərin Qarşısının Alınması İnstitutu” ilk gündən fəaliyyətini əsasən Qarabağ erməniləri mövzusuna yönəldib. Jurnalist araşdırmaları nəticəsində məlum olub ki, bu qurumu əslində rusiyalı oliqarx, erməni əsilli Ruben Vardanyan maliyyələşdirib. İnstitutun adında istifadə edilən “Lemkin” soyadı isə xüsusi diqqət çəkib.

 

Qeyd edək ki, “genosid” terminini tarixdə ilk dəfə məşhur yəhudi əsilli polyak hüquqşünası Rafael Lemkin işlədib və bu səbəbdən onun adı beynəlxalq səviyyədə simvolik əhəmiyyət daşıyır.

 

Bu günlərdə Radio Liberty yazıb ki, Lemkinin ailəsi institutun onun adından istifadəsini qanunsuz hesab edir. Onlar bildiriblər ki, belə bir qurumun Lemkinin adını daşıması həm dövlət, həm də federal qanunların pozulmasıdır. Ailə vəkilləri məsələ ilə bağlı Pensilvaniya ştatının qubernatoru Coşua Şapiroya, eləcə də Korporasiyalar və Xeyriyyə Təşkilatları Bürosuna rəsmi müraciət ünvanlayıblar.

 

Beləliklə, Lemkin ailəsi Ruben Vardanyanın yaratdığı və adını Lemkindən götürdüyü institutun fəaliyyətinə hüquqi müstəvidə etiraz edir və bu adın istifadəsinin dayandırılmasını tələb edir.

 

Caliber 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər