Əli Əsədov Bişkekdə Japarovla görüşüb
Bu gün Baş nazir Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri zamanı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin iclası çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.
Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub