00:00:00
Yazar
Admin User
29.09.2025 10:11 84 1 dəq oxuma
Dünya

Əli Əsədov Minskə gedib

Əli Əsədov Minskə gedib

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.


"Minsk" Milli Hava Limanında Əli Əsədovu Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər