00:00:00
Yazar
Admin User
12.07.2025 12:27 123 1 dəq oxuma
Dünya

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.

 

Bu barədə "İnformator.az" a  Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə olunub. Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər