Lissabonda 15 nəfərin ölümü ilə nəticələnən qəza
Portuqaliyanın paytaxtı Lissabonun əsas turistik məkanı olan 140 illik Gloria funikulyorunun relsdən çıxması nəticəsində 15 nəfər həyatını itirib Təcili yardım xidmətinin məlumatına görə, daha 18 nəfər xəstəxanaya çatdırılıb, onlardan beşinin vəziyyəti ağırdır.
Səlahiyyətlilər bildiriblər ki, saat 18:05 radələrində baş verən qəzada ölənlər arasında əcnəbi vətəndaşlar olub, lakin milliyyəti dəqiqləşdirmək mümkün olmayıb. Lissabonun meri Karlos Moedas çərşənbə gecəsi xəstəxanaya baş çəkərək bunu "şəhər üçün faciəli an" adlandırıb. Cümə axşamı Nazirlər Kabinetinin iclasında bələdiyyə sədrini qəbul edəcək Portuqaliya hökuməti milli matəm günü elan edib.
BBC
Həbibə Xankişiyeva