00:00:00
Yazar
Admin User
05.09.2025 15:31 85 1 dəq oxuma
Dünya

Lissabonda faciə

Lissabonda faciə

Portuqaliya matəm içindədir – çünki Lissabonun məşhur Gloria funikulyor dəmir yolu çərşənbə axşamı relsdən çıxaraq 16 nəfərin ölümünə, 23 nəfərin isə yaralanmasına səbəb olub.

 

Portuqaliyanın Baş naziri Luis Montenegro cümə axşamı mətbuat konfransında bildirib ki, əvvəlcə fövqəladə xidmətlər ölənlərin sayını 17 kimi açıqlasa da, sonradan bu rəqəm 16-ya endirilib. Lissabon Mülki Müdafiə Agentliyinin rəhbəri Marqarida Kastru Martinsin sözlərinə görə, ölənlərin yeddisi kişi, səkkizi isə qadındır. Polisin açıqlamasına əsasən, ölənlərdən beşi portuqaliyalı, üçü britaniyalı, ikisi cənubi koreyalı, ikisi kanadalı, biri amerikalı, biri ukraynalı, biri isveçrəli və biri fransız vətəndaşı olub.

 

Polis hələlik ölənlərin şəxsiyyətlərini tam təsdiqləməsə də, bəzilərinin adları digər mənbələrdə açıqlanıb.

 

Məmmədova Banuçiçək 

BBC NEWS

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər