00:00:00
Yazar
Admin User
19.11.2025 15:47 104 1 dəq oxuma
Dünya

Livan: İsrailin kaset raketi aşkarlanıb

Livan: İsrailin kaset raketi aşkarlanıb

 

Livanın cənubunda tapılan silah qalıqları İsrailin son illərdə inkişaf etdirdiyi Ra’am Eitan adlı 227 mm-lik idarəolunan kaset raketinin istifadə olunduğunu göstərir. Silahın 2017-ci ildə istehsal edildiyi lot kodundan təsdiqlənib. İsrail mediası bu raketlərin hər birinin 64 partlayıcı bombacıq daşıdığını və geniş əraziyə səpələnərək “ərazidə olan hər kəsi öldürə bildiyini” yazır. Raketlər 2024-cü ildə İsrail ordusunun şimal sərhəddində Hizbullaha qarşı döyüş üçün yerləşdirilib.

 

Qalıqlar sıx meşəlik vadilərdə aşkarlanıb. İsrail həmin əraziləri müharibə zamanı Hizbullahın hava zərbələrindən gizlənmək üçün istifadə edildiyini iddia edir. Kaset bombalarının geniş yayılma xüsusiyyətinə görə meşəlik, dağlıq ərazilərdə yayılan döyüşçülərə qarşı istifadə edildiyi bildirilir. Eyni taktikanın Vyetnam müharibəsində ABŞ-nin tətbiq etməsi xatırladılır.

İsrail şirkətləri yeni nəsil kaset sursatlarının “çox aşağı – 0.01%” partlamamış bombacıq göstəricisinə malik olduğunu iddia etsə də, müstəqil ekspertlər bunun real döyüş şəraitində bir neçə dəfə yüksək olduğunu deyir. 2006-cı il müharibəsində istifadə edilən M85 bombalarının rəsmi “0.06%” dərəcəsinə baxmayaraq, sonradan təxminən 10%-nin partlamadığı müəyyən edilib.

Silah ekspertləri və insan hüquqları təşkilatları bildirir ki, kaset sursatlarını “mülki ziyanı minimuma endirərək” istifadə etmək mümkün deyil. Onlara görə, bu silahlar “mahiyyətcə ayrım gödməyən” və münaqişələr bitdikdən sonra belə mülki insanlar üçün onilliklərlə təhlükə yaradan sursatlardır.


The Guardian
Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər