Livan Prezidenti İsrail qüvvələrinin ölkəyə girişinə qarşı orduya göstəriş verib
Livan Prezidenti Cozef Avn, İsrail ordusunun Livan ərazisinə daxil olması ilə bağlı narahatlığını ifadə edərək, orduya bu cür halların qarşısını almağı tapşırıb. Bu qərar, ölkənin cənub bölgəsində baş vermiş silahlı insidentdən sonra verilib.
Livanın rəsmi xəbər agentliyinin məlumatına görə, Prezident Avn İsrail ordusunun cənubdakı Belida bölgəsində təşkil etdiyi hücumdan sonra Baş Qərargah rəisi Rudolf Heykellə görüş keçirib. Görüş zamanı baş verənlər, o cümlədən bir nəfərin həyatını itirməsi ilə bağlı geniş müzakirə aparılıb.
Prezident Avn bildirib ki, bu hücum İsrailin Livana qarşı həyata keçirdiyi təcavüzkar addımlardan biridir. O, ölkənin ərazi bütövlüyünün qorunması üçün ordunun sərhədlərdə daha ciddi tədbirlər görməsini və İsrailin hər hansı sızmasına qarşı tədbir görülməsini tələb edib. Qeyd edək ki, İsrail ordusu gecə saatlarında Livanın cənubunda yerləşən Belida bölgəsində bələdiyyə binasına zirehli texnika ilə hücum təşkil edib. Hadisə nəticəsində bir Livanlı vəzifəli şəxs həyatını itirib. Bu hadisə bölgədə vəziyyəti daha da gərginləşdirib.
TRT Haber
Aysun Vəliyeva