00:00:00
Yazar
Admin User
22.12.2025 18:25 321 2 dəq oxuma
Siyasət

Livanın “Hizbullah” silahları ilə bağlı planı

Livanın “Hizbullah” silahları ilə bağlı planı

Livan hökuməti ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi və dövlət institutlarının gücləndirilməsi məqsədilə “Hizbullah”a məxsus silahların dövlət nəzarətinə keçirilməsi ilə bağlı planı gündəmə gətirib.

 

Mövzu ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, bu prosesi Livan dövləti üçün həlledici mərhələdir. Burada söhbət sadəcə təhlükəsizlik tədbirindən deyil, dövlətçiliyin taleyindən gedir:

 

“Hesab edirəm ki, bu, Livan dövləti üçün tarixi bir sınaqdır. Uzun illərdir ölkənin cənubunda paralel bir hərbi gücün mövcudluğu Livanın müstəqil qərarvermə mexanizmini faktiki olaraq iflic edib. Əgər bu proses uğurla nəticələnsə, mərkəzi hökumətin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə legitimliyi əhəmiyyətli dərəcədə artacaq. Livan artıq ‘parçalanmış dövlət’ kimi deyil, vahid idarəetmə mexanizmi olan bir ölkə kimi qəbul ediləcək”.

 

Rövşən Məhərrəmovun fikrincə, planın həyata keçirilməsi “Hizbullah” üçün hərbi baxımdan zəifləmə anlamına gəlsə də, təşkilatın tamamilə səhnədən çəkilməsi real görünmür:

 

“Bu daha çox ‘hərbi gücdən siyasi təsirə keçid’ strategiyası ola bilər. ‘Hizbullah’ silahlarını birbaşa təhvil verməmək üçün onları Livan ordusuna inteqrasiya olunmuş bir ‘müdafiə sistemi’ kimi qorumağa cəhd göstərə bilər. Hərbi təzyiqlər artacağı təqdirdə təşkilat öz mövcudluğunu siyasi müstəvidə davam etdirməyə çalışacaq. Onlar özlərini sırf Livan mərkəzli siyasi partiya kimi yenidən formalaşdırmaq yolu ilə sağ qalmağa cəhd göstərə bilərlər. Regional təhlükəsizlik məsələsinə gəldikdə isə, bu addım
İsrail-Livan sərhədində gərginliyin azalması baxımından mühüm əhəmiyyət daşıyır. İsrailin əsas tələbi sərhəddə radikal silahlı qrupların deyil, rəsmi dövlət ordusunun mövcudluğudur. Dövlət nəzarəti təmin olunarsa, təsadüfi toqquşma riskləri minimuma enə bilər. İranın regiondakı ambisiyaları və ‘Hizbullah’ın gizli silah anbarlarının tam şəkildə zərərsizləşdirilməsi uzunmüddətli və texniki cəhətdən mürəkkəb prosesdir. Tam sabitlik yalnız beynəlxalq zəmanət və Livan ordusunun texniki imkanlarının gücləndirilməsi ilə mümkün ola bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər