"Liverpool"dan 150 milyon avroya tarixi transfer
Premyer Liqa təmsilçisi "Liverpool" isveçli hücumçu Aleksandr İsaki transfer edib. "Qırmızı-ağlar" bu transfer üçün "Nyukasl Yunayted"ə 150 milyon avro ödəyəcək.
Premyer Liqanın hazırkı çempionu "Liverpool" nəhayət, hücumçu transferində bomba atdı.
ALEXANDER ISAK LIVERPOOL'DA
"Liverpool" Alexander Isak ilə uzunmüddətli danışıqlar aparır və tibbi müayinədən sonra onu "Liverpool"a bağlayan müqavilə imzalayıb. İsveçli hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Transfer qiyməti: 150 milyon avro
İngilis nəhəngləri bu transfer üçün xəzinələrinin əhəmiyyətli bir hissəsini çıxaracaqlar. "Liverpool" İsak üçün "Nyukasl Yunayted"ə 150 milyon avro ödəyəcək.
'ÖZÜMÜ MÖHTƏŞƏM HİSS EDİRƏM'
AXA Təlim Mərkəzində keçirilən imzalanma mərasimində çıxış edən İsak deyib: "Özümü əla hiss edirəm. Buraya gəlmək uzun bir yol oldu. Amma bu komandanın, bu klubun və onun təmsil etdiyi hər şeyin bir hissəsi olduğum üçün çox şadam. Bu, mənim fəxr etdiyim bir şeydir və həqiqətən də bunu səbirsizliklə gözləyirəm. Komanda yoldaşlarımı, azərkeşleri görməyi və meydançaya geri dönməyi səbirsizliklə gözləyirəm"
NÖMRƏLƏR
Alexander Isak 2024-2025 mövsümündə Premyer Liqada "Nyukasl Yunayted"in heyətində 23 qol vuraraq, 29 qolla "qol kralı" olan Mohamed Salahdan sonra ikinci ən çox qol vuran futbolçu olmuşdur.İsak Premyer Liqada 86 matçda 54 qol vurub.
İsveç millisində indiyədək 52 oyun keçirən İsak 16 qola imza atıb.
Son dakika
Samirə Allahverdizadə